Löv “Qızıl top” səsverməsindən imtina etdi
05.12.2013 - 10:24
Almaniya millisinin baş məşqçisi Yoahim Löv “Qızıl top” mükafatının səsverməsinə qatılmaqdan imtina edib. Apasport.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Bundestimin üzvlərinin əhval-ruhiyyəsinə mənfi təsir etməmək üçün belə bir addım atıb.
Lövün fikrincə, yetirmələrindən hansının adını ilk “üçlüy”ə salmazsa, bu, həmin oyunçuya pis təsir edəcək.
Qeyd edək ki, FİFA və “Qızıl Top” mükafatının təsisçisi olan “France Football”ın birgə tərtib etdiyi 23 nəfərlik siyahıda Almaniya millisinin 5 üzvünün adı var. Bunlar Manuel Noyer, Filipp Lam, Bastian Şvaynştayger, Tomas Müller və Məsut Özildir.

0
0