Millimizin Türkiyə ilə yoldaşlıq oyunlarının vaxtı açıqlandı
05.12.2013 - 10:27
Millimizin Türkiyə ilə yoldaşlıq oyunlarının vaxtı açıqlandı
Futzal üzrə milli komandamızın Türkiyə ilə yoldaşlıq oyunlarının vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, millimiz İstanbulda yerli komanda ilə 2 yoldaşlıq matçı keçirəcək.

Qarşılaşmalar dekabrın 10 və 12-də keçiriləcək. İlk matç Kurtköy qapalı idman zalında baş tutacaq. Tərəflər arasında ikinci görüş isə Haldun Alaqaş idman zalında keçiriləcək. Hər 2 oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, bu yoldaşlıq oyunları 2014-cü ildə Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Millimiz İstanbuldan sonra Serbiyanın paytaxtı Belqradda yoldaşlıq matçları keçirəcək.