10-cu qəhrəman - STATİSTİKA
05.12.2013 - 10:59
Azərbaycan kubokunun 2013/14 mövsümü aşağı dəstə təmsilçisi “Araz Naxçıvan” üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Premyer Liqa komandasını mübarizədən kənarlaşdıraraq, 1/4 finala vəsiqə qazanıb.
“Simurq”u məğlub edən Əsgər Abdullayevin yetirmələri bununla ölkə kubokunun tarixinə düşüblər. Onlar yarışın 21 illik tarixində 8 ən güclü sırasına çıxan 10-cu aşağı dəstə təmsilçisi olub.
Maraqlıdır ki, bunadək eyni uğura nail olan son komanda “Abşeron” da məhz “Simurq”u yenməklə, 1/8 final mərhələsini adlamışdı. Buna 2010/11 mövsümündə təsadüf olunmuşdu.
Hazırda Azərbaycan çempionatının I divizionun lideri olan “Araz Naxçıvan” və “Abşeron”a qədər isə “Pambıqçı” (Neftçala) 1992, “Avtomobilçi” 1993, “Göyəzən” 1993/94, “Səbail” 1994/95, “Xəzər” (Sumqayıt) 1995/96, “Azərsun” 1999/2000, “Real” 2000/01, “Gənclərbirliyi” 2003/04 mövsümündə güclülər dəstəsi klublarına “əlcək” ataraq 1/4 finala çıxmışdı.

0
0