Xuanfran: Birdən-birə 3 barmağım sınmışdı - MÜSAHİBƏ
05.12.2013 - 11:39
AZAL-ın ispaniyalı müdafiəçisi Xuanfran ölkə kubokunun 1/8 final mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Öncə qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz...
- Bu matç bizim üçün çox çətin keçdi. “Qarabağ” güclü olduğunu bilirik. Onlar topla yaxşı rəftar etməyi sevən komandadır. Xüsusilə, ilk hissədə müdafiədə yaxşı oynadıq. İkinci hissəni də yaxşı oynasaq da, azlıqda qalmağımız işimizi çətinləşdirdi.
- Cari mövsüm “Qarabağ”ı yeganə məğlub etmiş komandasınız. Üstəlik, Şüvəlandakı qarşılaşmada da bu rəqibə yenilməmisiniz. Bəs necə oldu ki, 3-cü dəfə bu komandaya uduzdunuz?
- Bizə qarşı çox yaxşı taktika seçmişdilər. “Qarabağ” hücumda oynayan komandadır. Bu da nəinki bizə, bütün rəqiblərə çətinlik yaradır.
- İkinci hissədə azlıqda qaldınız. Bundan bir qədər sonra isə rəqib qol vurdu. Demək olarmı ki, bu qırmızı vərəqə oyunun nəticəsinə müəyyən mənada təsir etdi?
- Qarşılaşmanı 11 futbolçu ilə tamamlasaydıq, inanmıram ki, “Qarabağ” bizi 1:0 hesabı ilə məğlub edəcəkdi. Nəticə fərqli ola bilərdi. Ancaq heyf ki, qırmızı vərəqə ilə oyunumuz pozuldu.
- Artıq bütün diqqətinizi çempionata yönəldəcəksiniz. Sizin üçün avrokuboklarda çıxış etmək yalnız çempionat yolu ilə mümkündür...
- Düzdür, hazırda “Neftçi”, “Qarabağ” və “Qəbələ” ilk “üçlüy”ü müəyyənləşdirib. Ancaq qeyri-mümkün olmayan bir şey yoxdur. Digər rəqiblərlə oyunlarda bu 3 komandanın xal itirmək ehtimalları mövcuddur. Qarşıda hələ çox tur var. Biz bundan sonra az xal itkisinə yol versək, çempionatın sonunda avrokuboklara gedən komandalar arasında ola bilərik.
- Zədədən qayıtdıqdan sonra bir müddət əsas heyətdə oynamadınız. Bu nə ilə bağlı idi?
- Mən məşqlərin birində yerə pis yıxılmışdım. Əlim üstə yerə düşdüyüm üçün birdən-birə 3 barmağım sınmışdı. Məhz buna görə də uzun müddət oynaya bilmədim. Sonra xəstəxanalardan birində yaxşı əməliyyat keçirdim. Qarşılaşmalara sarğı ilə çıxsam da, indi hər şey qaydasındadır. Gördüyünüz kimi, əsas heyətdə yenidən çıxış edirəm.
Səbuhi TOFİQOĞLU

0
0