AFFA-dan yeni layihə
05.12.2013 - 13:15
AFFA-dan yeni layihə
Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan-la birgə yeni layihəyə start verir. Apasport.az saytının məlumatına görə, dekabrın 21-də, saat 9:30-da, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə “3x3 Qızlar turniri” keçiriləcək.

Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

Qeyd edək ki, turnirdə iştirak etmək istəyənlər AFFA-nın rəsmi saytında olan “Qeydiyyat Blankı”nı doldurub dekabrın 16-dək [email protected] elektron ünvanına göndərməlidirlər.

Mənbə: affa.az