3-cü türkiyəli, 51-ci darmadağın və 70-ci dubl
05.12.2013 - 13:17
Azərbaycan kubokunda özünün 10-cu – yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçdi. Apasport.az saytının məlumatına görə, bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar oldu. Görüş debüt, yubileylər və ilklə tarixə düşdü.
Belə ki, “ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxdı. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşdü. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci oldu. Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidir. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.
“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub etdi. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Bu həm də “ağ-yaşıllar”ın Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci - yubiley qələbəsi oldu.
Kubok matçı 2 dublla da əlamətdar oldu. Komandanın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirdi. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail oldu. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludur.
Mənbə: lankaranfc.com

0
0