Arif Əsədov millidən imtinasına aydınlıq gətirdi
05.12.2013 - 13:20
“Elxan Məmmədova dedim ki, 19 yaşadək futbolçulardan ibarət yığmada rəhbərliyim altında oynamış uşaqlarla yenidən çalışmaq istəyirəm. Yəni, U-20 yaradılsın və orda da bu futbolçularla çalışım”. Bunu apasport.az saytına açıqlamasında 19 yaşadək millimizin və “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov deyib.
AFFA-nın baş katibi Elxan Məmmədov 2 gün öncə jurnalistlərə verdiyi açıqlamasında Arif Əsədovun U-19-da çalışmaq istəmədiyini söyləmişdi: “O, bizə U-19-da çalışmaq istəmədiyini, U-20 yaradılarsa, bizimlə işləməkdə davam edəcəyini bildirmişdi. Ancaq bildiyiniz kimi, Avropada U-20 yığması olmur. Yalnız dünya çempionatlarında belə komandalar iştirak edir. Biz də U-19-da çalışmamaq istəməməsindən belə başa düşdük ki, yəqin başqa klublardan təklif alıb. Halbuki, aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərinə 2 il vaxt veririk. İlk il sınaq müddəti olur. Onun daha 1 il U-19-da çalışmaq imkanı vardı”.
Əsədov bu məsələyə münasibətini belə açıqlayıb: “Mən artıq bir dəfə “Neftçi”də sıfırdan komanda yığmışam. Sonra U-19-da belə oldu. İndi istəmirəm ki, növbəti dəfə sıfırdan komanda formalaşdırım. İstəyirəm ki, tanıdığım futbolçularla işləyim. Mən bu qərarı verəndə hələ püşk atılmamışdı. Yəni bunu məsuliyyəti üzərimdən atmaq kimi dəyərləndirməyin. Sadəcə, qeyd etdiyim səbəbdən U-19-da işləmək istəmirəm”.
Qeyd edək ki, U-19 Avropa çempionatının ilkin seçmə mərhələsində Ermənistanla bir qrupa düşüb. Görünür, Macarıstanda keçiriləcək tsiklin oyunlarına millini ya Nikolay Adam, ya da yeni baş məşqçi aparmalı olacaq. Buna isə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında aydınlıq gələcək.
Səbuhi TOFİQOĞLU

0
0