Tuyqun Nadirov: Baş məşqçi yeganə şəxsdir ki...
05.12.2013 - 14:30
“Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. Bilirsiniz ki, komandamız tarixində ən böyük müqavilələrindən birini bağlayıb. Bu da komandanın uğurları üçün edilib”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Cənub təmsilçisi bu gün məşhur türkiyəli mütəxəssis Mustafa Dənizlini ictimaiyyətə təqdim edib. Nadirov bu məqsədlə təşkil olunan mətbuat konfransında Dənizlinin qısa karyerasına toxunub: “O, sözünü demiş mütəxəssisdir. Türkiyənin 3 böyük klubu ilə çempionluq yaşayıb. Hətta deyərdim ki, bu şərəfə nail olan yeganə türkiyəli mütəxəssisdir”
Vitse-prezident bildirib ki, rəhbərlik komandanın məqsədə çatması üçün əlindən gələni edir: “Belə bir məşqçinin kluba cəlb olunması bunun bariz nümunəsi sayıla bilər. 6-7 ay ərzində kluba 15 futbolçu gəlib-gedib. Baş məşqçi yeganə adamdır ki, istədiyi heyəti formalaşdırsın. Biz onun işinə müdaxilə etmirik”.

0
0