Əsgər Abdullayev: “Xəzər Lənkəran”ın səviyyəsi hər kəsə məlumdur
05.12.2013 - 14:47
“Xəzər Lənkəran”ın çıxışını və qış fasiləsindəki hazırlıq prosesini diqqətdə saxlayacağıq və saxlamalıyıq da. Kubokda irəliləmək istəyiriksə, rəqibi yaxşı analiz etməli, ən xırda detallara diqqət yetirməliyik”. Bu sözləri apasport.az saytına müsahibəsində “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Simurq”u penaltilər seriyasında məğlub edən “Araz Naxçıvan” yarışda yoluna davam edən yeganə I divizion təmsilçisi oldu. Muxtar Respublika təmsilçisinin növbəti rəqibi isə “Xəzər Lənkəran”dır.
Abdullayev bildirib ki, 1/4 finalda qarşılaşacaqları “Xəzər Lənkəran”ın cari mövsümə yaxşı başlamamağı bu komandanın zəifləməsi anlamına gəlməməlidir: “Xəzər Lənkəran”ın səviyyəsi hər kəsə məlumdur. Hər komandanın çıxışında enişli-yoxuşlu vaxtlar olur. Komanda bu gün yaxşı nəticələr əldə edə bilmirsə, bu onun tamamilə zəifləməsi anlamına gəlməməlidir. İşimiz çox çətin olacaq. Ancaq bu yarışa qatılmışıqsa, deməli, maksimum nəticəyə oynamalıyıq. İdman mübarizə deməkdir. Burada adlar yox, döyüşənlər, əziyyət çəkənlər qalib gəlir”.
Qeyd edək ki, Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları martın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

0
0