Dənizli özünə yeni köməkçi gətirir
05.12.2013 - 15:23
“Məşqçi dəyişikliyi ola bilər. Bu, normaldır. Amma kiminsə komandadan ayrılması olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyə mətbuatında onun köməkçilərinin Oğuz Çətinlə yanaşı, İbrahim Üzülməz və Zafer Öğər olacağı deyilir. Belədə uzun müddətdir “Xəzər Lənkəran”da qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin postundan göndəriləcəyi qaçılmazdır.
Ancaq Dənizli məşqçi dəyişikliyinin olacağını təsdiqləsə də, hazırkı məşqçilərin komandadan göndərilməyəcəyini bildirdi: “İndiki məşqçilərin hər birinə nəzərdə tutduğumuz layihə çərçivəsində bir vəzifə veriləcək. Qarşıdakı 3 oyundan sonra bu məsələyə dair qərar verəcəyik. Hələ bununla bağlı dəqiq açıqlama verə bilmərəm”.

0
0