“Sürpriz mağazadan alınan yumurtadan çıxır” - MÜSAHİBƏ
05.12.2013 - 15:46
I divizionda mübarizə aparan “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/8 final mərhələsində “Simurq”u mübarizədən kənarlaşdırdınız. Nəticənin sürpriz sayılması doğrudur, yoxsa qələbə qazanmağınız qanunauyğundur?
- Həmişə demişəm ki, futbolda sürpriz olmur. Sürpriz mağazadan alınan yumurtadan çıxır. Çətin oyun oldu, əzmkar qələbə qazandıq. “Simurq” xoş sözlərə layiq komandadır. Bu komandanı mübarizədən kənarlaşdırmağımız bizim adımıza sevindirici haldır.
- 1/4 finala vəsiqə qazanmağınız qış fasiləsi üçün planlarınıza təsir edəcək?
- Qış fasiləsində bir neçə oyunçu transfer etməyi düşünürük. İndiki halda mütləq lazımdır. Söhbət təkcə kubokda mübarizəni davam etdirməyimizdən getmir. İstənilən komandanın əlavə qüvvəyə ehtiyacı var. Bu baxımdan 4-5 oyunçu almalıyıq. Rəqabəti gücləndirmək, oyun keyfiyyətini yüksəltmək üçün transferlər zəruridir.
- Xarici ölkələrdə aşağı dəstə təmsilçilərinin kubokda final oyandığını, qalib gəldiyini görmüşük. Bəs Azərbaycanda necə, I divizion klubunun “ikinci cəbhə”də uğur qazanması nə dərəcədə realdır?
- Azərbaycanda həmişə güclülər dəstəsi ilə I divizionda arasında ciddi səviyyə fərqi olub. Lakin ümumi fikir belədir ki, bu mövsüm əvvəlkilərdən fərqlənir. Həm rəqabət güclənib, həm də komandalar güc baxımından irəli addım atıblar. Futbolda mümkünsüz heç nə olmur. I divizion klubu yarışda iştirak edirsə, demək, onun da qalib gəlmək şansı var.
- Belə başa düşdüm ki, məqsəd maksimum nəticədir. Lakin 1/4 finalda rəqibiniz olan “Xəzər Lənkəran”ın daha çox kuboka bel bağlaması işinizi daha da çətinləşdirir...
- Rəqiblə hesablaşmaq lazımdır. Bizim də yaxşı təcrübəli oyunçularımız var. Onların köməyi ilə irəli gedə bilərik. “Xəzər Lənkəran”a hörmətlə yanaşırıq, ancaq məğlubedilməz komanda yoxdur. Heç kimdən çəkinmirik.

0
0