AZAL Antalyada 4 yoxlama oyunu keçirəcək
05.12.2013 - 18:02
AZAL Antalyada 4 yoxlama oyunu keçirəcək
Türkiyəyə hazırlıq keçməyə gedəcək komandalarımızdan biri də AZAL olacaq. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, cari mövsüm büdcəsində azalmalar edilməsinə baxmayaraq, “təyyarəçilər” Antalyaya getməyə qərar verib.

Çünki hazırda 7-ci pillədə olan AZAL qış fasiləsindən sonra ilk “3-lüy”ə düşməyə çalışacaq. Qardaş ölkədə keçiriləcək təlim-məşq toplanışının müddətinə hələ tam aydınlıq gəlməsə də, Vaqif Sadıqovun yetirmələrinin orda 4 yoxlama oyunu keçirəcəyi dəqiqdir.