Deyvid Sakkoni: Dənizlinin öz üslubu var - MÜSAHİBƏ
06.12.2013 - 00:00
“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Deyvid Sakkoninin apasport.az müsahibəsi
- Ölkə kubokunun 1/8 final mərhələsində asanlıqla məğlub etdiyiniz “Neftçala” ilə görüş barədə nə deyə bilərsiniz?
- Asan rəqib yoxdur. Hansı cəbhədə mübarizə aparmağından asılı olmayaraq, komandaların hamısı “vuruşur”. Sadəcə, biz oyunu özümüz üçün sadələşdirdik.
- Fasiləyə qədər 4 qol vursanız da, ikinci hissədə bunu bacarmadınız. Arxayınlaşmışdınız?
- Aydın məsələdir ki, hesabda 4 top fərqi ilə irəlidə olduğun vaxt belə topu özündə saxlamağa, hücumları davam etdirməyə çalışırsan. İkinci hissədə bunu etdik. Şanslarımız da oldu. Hətta bir epizodda top qapı xəttini də keçmişdi. Ancaq referi fərqli qərar verdi. Həm də rəqib qapıçı da yaxşı oyun nümayiş etdirdi.
- Uzun müddət idi qələbə qazana bilmirdiniz. Bu qələbə ab-havanı dəyişəcəkmi?
- İstənilən qələbəyə dəyər vermək lazımdır. Bunun ölkə kubokunda və ya çempionatda əldə edilməsinin heç bir fərqi yoxdur. Əlbəttə, müsbət təsir edəcək. Kubok da Avropa Liqasına yüksəlməyə imkan verir. Düşünürəm ki, qələbə xeyrimizə olacaq.
- Yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk oyununuz idi. Onun əsas tələbləri nədən ibarət idi?
- Dənizlinin iş prinsipi fərqlidir, onun öz üslubu var. Daha çox topa sahib olmağımızı və sürətli oynamağımızı, hücumlara tez qoşulmağımızı tələb edir. O, cəmi 2 gündür komandaya rəhbərlik edir. Xeyirli olacağını düşünürəm.
- Liderlər qrupundan bu qədər uzaq düşdüyünüz halda, türkiyəli mütəxəssisin komandaya titul qazandıracağı realdırmı?
- Futbolçu titul qazanmaq istəyirsə, buna inanmalıdır. Qələbə əzmi ilə meydana çıxmalıyıq. Turnir cədvəlinə baxsaq, vəziyyətimiz yaxşı deyil. Bu gün titul qazanmaq üçün ən real yarış ölkə kubokudur. Çempionatla müqayisədə bu yarışda uğur qazana bilərik.
- 1/4 final mərhələsindəki rəqibiniz I divizionun lideri “Araz Naxçıvan” olacaq. Onların “Simurq”u yarışdan kənarlaşdırması sizi narahat etmir?
- Hələ “Neftçala” ilə oyuna çıxana qədər rəqibimizin kim olacağını bilirdik. Nəticəni təəccüblə qarşıladıq. Çünki “Simurq” asan yeniləcək komanda deyil. I divizion təmsilçisinin qələbəsi nəsə deyir. Turnir cədvəlinə baxan zaman, “Araz Naxçıvan”ın Premyer Liqaya yüksəlməyə ən real namizəd olduğunu düşünürəm. Düzdür, onlarla duelə qədər kifayət qədər vaxtımız var. Əminliklə deyə bilərəm ki, bizi asan oyun gözləmir.
- Həftəsonu isə Premyer Liqa çərçivəsində “İnter”lə qarşılaşacaqsınız. Doğma meydanda məğlub olduğunuz rəqibdən revanş almaq mümkün olacaqmı?
- “İnter”lə Lənkərandakı oyunu yaxşı xatırlayıram. Səhv etmirəmsə, “Bakı” və AZAL üzərindəki ardıcıl qələbələrdən sonra onlarla qarşılaşdıq. Oyuna nəzarət tərəfimizdə olsa da, rəqib əks-hücumda qol vurdu. Mürəkkəb komandadır. Üstəlik, son oyunda “Bakı”nı udublar. Bəlkə bu qələbə onları nisbətən arxayınlaşdırsın və biz də istifadə edək.

0
0