“Yuventus”un müdafiəçisi “Qalatasaray”la oyundan danışdı
06.12.2013 - 01:38
“Yuventus”un təcrübəli müdafiəçisi Corco Kyellini “Qalatasaray”la Çempionlar Liqası oyunu öncəsi maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu onları İstanbulda çətin oyunun gözlədiyini deyib:
“Bəli, “Qalatasaray”la oyun bizim üçün final matçı olacaq. Çünki mərhələ adlamaq üçün bu matç önəmlidir. Bizim üçün bərabərlik də kifayətdir. Ancaq səfərdə, öz stadionunda güclü mübarizə aparan bir komandaya qarşı çətin oyun olacaq”.
Kyellini rəqibin futbolçuları barədə də danışıb: “Qalatasaray”ın ən təhlükəli futbolçusu deyəndə, o saat ağlınıza Droqba gəlir. Anca bu oyunu yalnız onun adı ilə bağlamaq düzgün deyil, Çünki rəqibin Uesley Sneyder, Burak Yılmaz və Felipe Melo kimi təhlükəli futbolçuları da var. Onu da qeyd edim ki, bizdə də kifayət qədər güclü futbolçular var”.
O, həmyerlisi Roberto Mançini ilə bağlı da açıqlama verib: “Mançini hazırda bizim reallıqdan, sistemimizdən tam fərqli olan bir çempionatda çalışır və tez bir zamanda oraya öyrəşməsi asan deyil. Ondan tez vaxtda uğur gözləmək düzgün deyil. Mançini hazırda həm Superliqada, həm də Çempionlar Liqasında vuruşur. Düzdür, daxili çempionatda işləri yaxşı getmir, amma “Qalatasaray”ı liderliyə yüksəltmək üçün hələ çox şansı var”.
Qeyd edək ki “Qalatasaray” – “Yuventus” qarşılaşması dekabrın 10-da keçiriləcək.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0