TFF Meyreleşi cəzalandırdı
06.12.2013 - 04:56
TFF Meyreleşi cəzalandırdı
Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nın futbolçusu Raul Meyreleşlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Nizam-İntizam Komitəsi portuqaliyalı yarımmüdafiəçini iki oyunluq cəzalandırıb.

Qeyd edək ki, Meyreleş Superliqanın XIII turundakı “Beşiktaş”la oyunda rəqib futbolçu Vəli Kavlaka qarşı sərt müdaxiləsinə görə qırmızı vərəqə ilə cəzalandırılmışdı.