Özünü xalq qəhrəmanı elan etdi, Dənizliyə söz atdı
06.12.2013 - 05:48
Adı Azərbaycan milli komandası və “Neftçi”nin baş məşqçisi postunda hallanan tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Kanal Türk” televiziyasının qonağı olan 60 yaşlı çalışdırıcı özünü xalq qəhrəmanı elan edib.
O, türkiyəli iki tanınmış baş məşqçi Fatih Terim və Mustafa Dənizlidən daha təcrübəli olduğunu da iddia edib: “Türkiyədə 684 matça çıxmış yeganə baş məşqçi mənəm. Nə Fatih Terim, nə də Mustafa Dənizli mənim qədər oyun idarə edə bilmədi. Belə olan vəziyyətdə futbol camiyəsinin mənə qarşı mövqeyinə üzülürəm, amma önəmli deyil. Məni sevənlərin dəstəyi mənə bəs edər. Mən bir xalq qəhrəmanıyam. Hazırda İngiltərədə çalışmaq üçün bütün imkanlarımı səfərbər etmişəm. Görüşdüyüm klubun da adını açıqlamaram. Çünki Türkiyədən zəng edib “bu adam sizə lazım deyil” deyənlər olur”.
Qeyd edək ki, Vural ən son ötən mövsüm “Elazığspor”u çalışdırıb.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0