Kapello: Belçika və Kolumbiya yığmaları DÇ-2014-də sürpriz edəcək
06.12.2013 - 06:57
Kapello: Belçika və Kolumbiya yığmaları DÇ-2014-də sürpriz edəcək
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello 2012-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan təcrübəli mütəxəssis Kolumbiya və Belçika millilərinin bu turnirdə sürpriz edəcəklərini deyib.

İtaliyalı çalışdırıcı Cənubi Amerikadan Braziliya və Argentinanın, Avropadan isə İspaniya, Almaniya və Hollandiya yığmalarının kubok üçün əsas favoritlərdən olduğunu bildirib: “Braziliya evdə oynayacaq. Ona görə də bu amil onlara əlavə güc verəcək. O komandaya Luis Felipe Skolari kimi böyük baş məşqçi rəhbərlik edir. Həm də onlar Konfederasiyalar Kuboku qazanmaqla azarkeşlərinə böyük təsir etdilər. İndi ölkədəki futbol ictimaiyyəti Skolarini ürəkdən dəstəkləyir. İspaniya həmişəki kimi çox güclüdür. Almanlar və hollandiyalılar da əla formamadadır. Belçika və Kolumbiya yığmalarının da isə sürpriz edəcəklərinə inanıram”.