FİFA mundialı Azərbaycana vermədi
06.12.2013 - 09:16
FİFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün final mərhələsinin sabah baş tutacaq püşkatması ərəfəsində bir sıra vacib qərarlar qəbul olunub.
Qurum bəzi mötəbər turnirlərin yerinə də aydınlıq gətirib. U-20 və U-17-lərin 2017-ci ildə keçiriləcək dünya çempionatlarının final mərhələsinə namizədliyi verilən Azərbaycan yarışların heç birinə sahib çıxa bilməyib. FİFA bu turnirlərin ev sahibliyini müvafiq olaraq Cənubi Koreya və Hindistana verib. 2016-cı ildə baş tutacaq qızlardan ibarət U-20 və U-17-lərin mundialları isə CAR və İordaniyada təşkil ediləcək.
Qərar verdiyi 4 turnirin heç birini Avropa ölkəsinə salmayan FİFA 2016-17-ci illərdəki konqreslərinin də yerini açıqlayıb. Tədbir 3 ildən sonra Meksika, növbəti il isə Malayziyada baş tutacaq.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0