Milli komandada əcnəbi mütəxəssis çalışacaq
06.12.2013 - 10:16
Milli komandada əcnəbi mütəxəssis çalışacaq
Estoniya millisinin yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, Tarmo Ruutli ilə yollarını ayıran Baltikyanı ölkə təmsilçisini isveçli Maqnus Larsson çalışdıracaq.

Danimarkada “Olborq”, İsveçdə “Yurqorden” və “Atvidaberq” klublarını çalışdırması ilə tanınan mütəxəssislə 2 illik müqavilə imzalanıb. 37 yaşlı Larsson son 8 ayda işsiz idi.

Qeyd edək ki, Estoniya yığması Avro-2016-nın seçmə mərhələsində millimizin potensial rəqiblərindəndir.