Məşhur hakim Subaşiçin oyununa göndərildi
06.12.2013 - 10:35
Azərbaycan yığmasının milliləşdirilən futbolçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor”un XVI turun “Samsunspor”la oyununu Türkiyənin ən məşhur hakimi idarə edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma I dəstə çərçivəsində baş tutmasına baxmayaraq, FİFA referisi Cüneyt Çakıra tapşırılıb.
Bu da səbəbsiz deyil. Çakır Superliqanın hesabat turunda “Fənərbaxça” ilə “Beşiktaş” arasında baş tutan İstanbul derbisində (3:3) yaxşı idarəçiliyi ilə yadda qalmamışdı. Həmin qarşılaşmada 2 qırmızı, 6 sarı vərəqə göstərən Çakırın Türkiyə Futbol Federasiyası tərəfindən 1 oyunluq cəzalandırıldığı gözlənilir.
Çakırın idarə etdiyi əvvəlki 7 oyunda “Orduspor” cəmi 1 dəfə qələbə qazana bilib. Bu da yeganə ev matçı olan “Əskişəhərspor”la görüşdür (3:0). Digər 3 matçda isə heç-heçə edən Ordu klubu 3 oyunda məğlub olub.
Qeyd edək ki, “Samsunspor” – “Orduspor” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma “Samsun 19 Mayıs” stadionunda keçiriləcək.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0