DÇ-2014: Əfsanələr iş başında
06.12.2013 - 10:40
DÇ-2014: Əfsanələr iş başında
DÇ-2014-ün bu gün keçiriləcək püşkatmasında FİFA-nın baş katibi Jerom Valkeyə 8 nəfər kömək edəcək. Apasport.az saytının məlumatına görə, Kosta-du-Sauipe şəhərində təşkil olunacaq mərasimdə dünya futbolunun tanınmış simaları səhnədə yer alacaqlar.

Bunlar Alsides Qicca (Uruqvay), Cefri Herst (İngiltərə), Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Mario Kempes (Argentina), Fernando Yerro (İspaniya), Zinədin Zidan (Fransa) və Lotar Matteusdur (Almaniya).

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.