Azərbaycanlı məşqçilər PRO kateqoriyalarının müddətini uzatdılar
06.12.2013 - 11:47
Azərbaycanlı məşqçilər PRO kateqoriyalarının müddətini uzatdılar
Azərbaycanlı məşqçilər Elxan Abdullayev, Yunis Hüseynov və Ramiz Məmmədov Ukraynanın Dnepropetrovsk şəhərində olub. Apasport.az saytının məlumatına görə, hər 3 məşqçinin malik olduqları PRO kateqoriyalarının müddəti başa çatdığı üçün həmin ölkəyə 1 həftəlik səfər edib.

Nəticədə onlar, eləcə də bu şəhərdə olan “İnter”lə “Simurq”un gürcüstanlı çalışdırıcıları Kaxaber Sxadadze və Georgi Çixradze daha 3 il müddətinə PRO kateqoriyalı məşqçi ünvanına sahib çıxıblar.

Qeyd edək ki, Sxadadze və Çixradze Ukraynada olduqları üçün onların rəhbərlik etdikləri komandaları kubok oyunlarına köməkçiləri çıxarmalı olmuşdu.