Elxan Abdullayev “Rəvan” və “Sumqayıt”a “ilişdi” - MÜSAHİBƏ
06.12.2013 - 12:54
Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi
- “Simurq”un baş məşqçisi Georgi Çixradze ilə birgə 1 həftə Ukraynada səfərdə olmusunuz. Komandasının ölkə kubokunda “Araz Naxçıvan”a uduzmasını eşidəndə, onun reaksiyası necə oldu?
- Əlbəttə ki, narazı qaldı. Məşqçinin komandası uduzanda necə ola bilər?
- Ümumiyyətlə, siz “Araz Naxçıvan”ın mərhələ keçəcəyinə inanırdınız?
- Ölkə kuboku 1 oyundan ibarət olanda, hər şey gözləmək olar. Ancaq cütlüyün taleyi 2 oyunun nəticəsinə görə həll olunardısa, əlbəttə ki, mən üstünlüyü elita klubuna verərdim. 1 qarşılaşmada sürpriz etmək mümkündür. “Araz Naxçıvan” da mərhələ keçməklə, bunu sübut etdi.
- Maraqlı cütlüklər formalaşıb. “Qarabağ” ardıcıl 3-cü dəfə 1/4 finalda “Qəbələ” ilə qarşılaşacaq. “Xəzər Lənkəran” isə cari mövsüm 2-ci dəfə Naxçıvana səfər etməli olacaq. Cütlüklərin taleyinin 2 oyunun nəticəsinə görə həll olunduğunu nəzərə alsaq, “Araz Naxçıvan”ın bu dəfə mərhələ keçmək şanslarını necə görürsünüz?
- İndiyədək “Araz Naxçıvan”ın oyununa baxmamışam. Yalnız “Simurq”la matçın hesabını eşitmişəm. Bu səbəbdən də nəsə deyə bilmərəm. Amma onların yaxşı oyun hesabına, yoxsa təsadüfən mərhələ keçdiyini bilmirəm. Ona görə bu barədə danışsam, sözüm düz çıxmaya bilər. Gərək oyuna baxmaq lazımdır. İspaniya, İngiltərə və digər ölkələrdə də 1 oyunluq kubok matçlarında sensasiya olur. Ancaq 2 oyundursa, üstünlük “Xəzər Lənkəran”dadır. “Araz Naxçıvan”la müqayisədə, rəqibinin təcrübəsi, səviyyəsi və futbolçusu çoxdur.
- Türkiyədə aşağı dəstənin autsayderi Superliqanın liderini kubokdan uzaqlaşdırdığı halda, bizdə belə hallar yox dərəcəsindədir. Halbuki, qonşu ölkənin aşağı dəstəsində də bizdəki kimi güclü maliyyə dayağı yoxdur. Səbəb nədir?
- Çünki bizdə elita klubları aşağı dəstə komandalarından qat-qat güclüdür. Yaddan çıxarmayın ki, burda çox sayda legionerlər, təcrübəli futbolçular oynayır. Aşağı dəstədə isə gənclər çıxış edirlər. Onların praktikası azdır.
- Ancaq aşağı dəstədə də legionerləri olan klublar var. “Araz Naxçıvan”, “Neftçala”, “Şuşa”, “Şahdağ” kimi klublarda əcnəbi oyunçular çıxış edir. Bununla belə, elita təcrübəsi olan Əhməd Ticaninin formasını geyindiyi “Şuşa” baş məşqçisi Ukraynada olan “İnter”ə 0:7 məğlub olur...
- Siz Ticanini deyirsiniz, ancaq “İnter”də bundan da güclü futbolçular var. Ona görə də hesab elə bu cür olmalıdır.
- Bu tur “Qarabağ” – “Neftçi” qarşılaşması olacaq. Qış çempionunu müəyyənləşdirmək baxımından həlledici matçdır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu görüşə proqnoz vermək çox çətindir. Bunun üçün komandanın içində olub, kimin hansı formada olduğunu bilməlisən. Şanslar bərabərdir.
- “Qarabağ” 3 turdur qələbə qazana bilmir. Bu, onlara psixoloji baxımdan mane olmaz ki?
- Nə olsun ki? “Qarabağ” indi bu uğursuz seriyanı “Neftçi” üzərində qıra bilər. Eyni səviyyəli komandalardır. Deyə bilmərəm ki, “Neftçi” bu gün “Qarabağ”dan güclüdür. “Neftçi” də ötən turların birində “İnter”ə uduzub.
- Bir qədər öncə saytımıza müsahibənizdə demişdiniz ki, “Rəvan”la “Sumqayıt” çempionatın sonunadək autsayder olacaq. Şahin Diniyevin gəlişi ilə “Rəvan”ın oyununda yüksəliş olsa da, bu, qələbə qazanmağa yetmir...
- Əlbəttə ki, “Rəvan”la “Sumqayıt”ın səviyyəsi digər komandalardan qat-qat zəifdir. İnanmıram ki, bundan sonra da onlar autsayder imicindən qurtula bilsin. Ancaq yenə də qışı gözləməliyik. Ola bilsin yaxşı transferlər edilsin. Sadəcə, onu deyə bilərəm ki, bu 2 komanda mükafatçılar sırasına düşə bilməyəcək. “Rəvan”ın 6, 8 və ya 10-cu yeri tutacağını demək çətindir.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0