Leyte gedir, Qliva gəlir?
06.12.2013 - 15:25
Topaz Premyer Liqasında forma geyinən polşalı qapıçıların özlərini yaxşı tərəfdən göstərməsi, bu ölkədən olan qolkiperlərə marağı artırıb. Apasport.az saytının xəbərinə görə, bunun nəticəsi olaraq, daha bir polşalı əlcək sahibi klublarımızla danışıqlara başlayıb.
Belə ki, Lubin “Zaqlebiye”sinin qapıçısı Mihal Qliva da karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Bunu Polşa mətbuatına klubdakı mənbə açıqlayıb. O bildirib ki, son qarşılaşmalarda buraxdığı qollar üzündən azarkeşlərlə arasında xoşagəlməz hallar yaşanan Mihal müqaviləsinə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib. Baş məşqçi Qlivani heyətdə saxlamağa çalışsa da, sonda müqavilənin qarşılıqlı şəkildə pozulması haqda razılıq əldə olunub. Mənbə onu da qeyd edib ki, Mihal Azərbaycan klublarından biri ilə danışıqlar aparır və hətta anlaşma rəsmiləşmək üzrədir.
Qliva vaxtilə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu ilə komanda yoldaşı olub. 2007/08 mövsümündə “Qrotslin”də çıxış edən Saşa və Qliva komanda “Poloniya” ilə birləşdikdən sonra Varşava təmsilçisinə keçib. 2008/12-ci illərdə bu klubda oynayan qapıçı son il yarımda “Zaqlebiye”nin formasını geyib. Mihal Polşanın U-21 yığmasında da çıxış edib.
Hazırda “Qəbələ”, “Simurq” və “Rəvan” polşalı qapıçılara güvənir. Onların “çərçivə”sini müvafiq olaraq, David Petrzkeviç, Pavel Kapsa və Lukas Sapela qoruyur. Qlivanın bu 3 kluba, həmçinin qapıçı problemi olmayan “Neftçi”, “Qarabağ”, “İnter” və “Bakı”ya keçəcəyi inandırıcı görünmür.
Bu üzdən Mihalın AZAL, “Xəzər Lənkəran” və ya “Sumqayıt”ın maraq dairəsində olduğunu ehtimal etmək olar. Düzdür, paytaxt təmsilçisinin heyətində millinin 2 sabiq qapıçısı var. Bir-bir futbolçularını itirən “Sumqayıt”ın isə maliyyə durumu ürəkaçan deyil. Əvəzində I divizionun lideri “Araz Naxçıvan”ın da Qliva ilə danışıq aparması istisna deyil.
Belə vəziyyətdə Qliva ilə danışıq aparan klubun böyük ehtimalla, “Xəzər Lənkəran” olduğunu söyləmək olar. Çünki Duqlas Leytenin vətəni Braziliyaya qayıtmasından sonra əsas komandada oynaya biləcək yalnız 1 qolkiper – Orxan Sadıqlı qalır. Cənubluların çempionatda ən çox qol buraxan 3 komandadan biri olması, üstəlik, baş məşqçi dəyişikliyi də “ağ-yaşıllar”ın yeni qapıçıya ehtiyac duyacağından xəbər verir.

0
0