“Qarabağ” - “Neftçi” oyununda sabiq FİFA referisi
06.12.2013 - 15:31
“Qarabağ” - “Neftçi” oyununda sabiq FİFA referisi
Topaz Premyer Liqasında XVI turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatın liderləri “Neftçi” ilə “Qarabağ” arasında oyun sabiq FİFA referisi Vüsal Əliyevə tapşırılıb. “İnter”lə “Xəzər Lənkəran”ın qarşılaşmasında isə Əliyar Ağayev fit çalacaq.

Qeyd edək ki, bu 2 görüşdə əlavə hakim köməkçiləri də iş başında olacaq.

Topaz Premyer Liqası
XVI tur
8 dekabr ( bazar)


14:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev
Qəbələ şəhər stadionu

16:00. AZAL – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov
“AZAL Arena” stadionu

17:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
“Şəfa” stadionu

17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

18:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu

Mənbə: pfl.az