Planetin ən yaxşı yarımmüdafiəçiləri
06.12.2013 - 16:50
Planetin ən yaxşı yarımmüdafiəçiləri
Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FİFPro) və FİFA ilin ən yaxşı 11 oyunçusundan ibarət rəmzi yığmaya namizəd yarımmüdafiəçilərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən yaxşı 3 orta sahə oyunçusu adını qazanmağa 15 namizəd var.

Siyahıda ispaniyalılar çoxluq təşkil edir. Pireneylilərin 5 oyunçusu ən yaxşılar arasındadır: Xabi Alonso (İspaniya, “Real”), Qaret Beyl (Uels, “Tottenhem”/“Real”), Serxio Buskets (İspaniya, “Barselona”), Steven Cerrard (İngiltərə, “Liverpul”), Andres İnyesta (İspaniya, “Barselona”), İsko (İspaniya, “Málaqa”/“Real”), Məsut Özil (Almaniya, “Real”/“Arsenal”), Andrea Pirlo (İtaliya, “Yuventus”), Marko Reus (Almaniya, “Borussiya” D), Frank Ribéri (Fransa, “Bavariya”), Aryen Robben (Hollandiya, “Bavariya”), Bastian Şvaynştayger (Almaniya, “Bavaiya”), Yaya Turé (Fil Dişi Sahili, “Mançester Siti”), Artur Vidal (Çili, “Yuventus”), Xavi (İspaniya, “Barselona”).

Qeyd edək ki, rəmzi yığmadakı 11 yerə ümumilikdə 55 namizədin adı açıqlanacaq. 15 hücumçunun adlarını hələ müəyyənləşdirməyən FİFA ilə FİFPro bir müddət əvvəl 5 qapıçı və 20 müdafiəçinin də adına aydınlıq gətirmişdi.