Millimizin rəqiblərindən fərqli nəticələr
06.12.2013 - 16:59
Futzal üzrə milli komandamızın 2014-cü ildə Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatındakı (AÇ) rəqibləri yoldaşlıq oyunları keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı C qrupunun favoriti hesab olunan İtaliya millisi gücünü Rumıniya ilə sınayıb.
AÇ-nin hər 2 iştirakçısı arasındakı görüşlər meydan sahibi olan italyanların qələbəsi ilə başa çatıb (5:0, 4:1). İtaliya növbəti yoldaşlıq matçlarını yanvarın 7-8-də Slovakiyaya qarşı keçirəcək. Qrupumuzun digər üzvü Sloveniya isə AÇ-nin digər iştirakçısı Portuqaliyanın qonağı olub. İlk görüşdə slovenlər 1:4 hesabı ilə məğlub olsa da, cavab matçında meydan sahiblərinə 4:2 qalib gəlməyi bacarıblar.
Millimizin AÇ-dəki potensial rəqibləri isə aşağıdakı yoldaşlıq görüşlərində qüvvələrini sınayıb:
Belçika – Hollandiya 3:3, 3:3
Xorvatiya – Ukrayna 3:2, 1:3
İran – Rusiya 6:3, 2:2
Serbiya – İspaniya 1:6, 3:7
Qeyd edək ki, Serbiya millisinin “Araz” və Bakı “Fənərbaxça”sında çıxış edən futzalçıları Marko Periç, Vladimir Laziç və Vladimir Milosavats İspaniya ilə görüşlərə dəvət olunmadıqları üçün son Avropa çempionuna qarşı oynamayıb.

0
0