Davud Kəriminin komandası “Əskişəhərspor”a rəqib oldu
06.12.2013 - 17:49
Bu gün futbol üzrə Türkiyə Kubokunda V turun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qardaş ölkədə 4 böyük klubdan yalnız birinin - “Qalatasaray”ın yoluna davam etdiyi yarışda azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” da növbəti rəqibini tanıyıb.
IV turda səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edərək, mübarizədən kənarlaşdıran “Fəthiyəspor” “Əskişəhərspor”la qarşılaşacaq. Millimizin hücumçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” isə “Nazilli Bələdiyyəspor”a rəqib olub.
“Sivasspor” – “Nazilli Bələdiyyəspor”
”Ərciyəsspor” – “Akhisar Bələdiyyəspor”
“Qalatasaray” – “Balıkəsirspor”
”Karabükspor” – “Elazığspor”
”Bursaspor” – “İnegölspor”
”Tokatspor” – “Kayserispor”
”Əskişəhərspor – “Fəthiyəspor”
”Bucaspor” – “Antalyaspor”
Qeyd edək ki, cütün taleyi bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Dekabrın 17-19-da baş tutacaq matçlardan qalib ayrılan kollektivlər yarışa qrup mərhələsi ilə davam edəcəklər.

0
0