Millimizin futbolçusu “Fortuna”ya qarşı oynaya bilməyəcək
06.12.2013 - 18:04
Millimizin futbolçusu “Fortuna”ya qarşı oynaya bilməyəcək
21 yaşadək millimizin yeni futbolçularından olan Ərən Taşkının cəzasının müddəti açıqlanıb. Taşkının apasport.az saytına verdiyi məlumata görə, Almaniya İntizam Komitəsi Düsseldorf “Fortuna”sında çıxış edən oyunçunu 1 oyun cəzalandırıb.

Ərən Düsseldorf klubunun U-23 komandasının Regionalliqada Köln “Fortuna”sı ilə matçını buraxmalı olacaq. Bu cəza “Fortuna”nın 2-ci Bundesliqada keçirəcəyi matça da şamil olunur.

Qeyd edək ki, Taşkın “Şalke 04”ün II komandası ilə oyunda (4:2) millimizin digər üzvü Tuğrul Eratın ötürməsi ilə hesabı açsa da, 85-ci dəqiqədə meydandan qovulmuşdu.