Yubiley matçı ərəfəsində Rahid Əmirquliyev üçün nostalji - VİDEO
07.12.2013 - 12:14
Yubiley matçı ərəfəsində Rahid Əmirquliyev üçün nostalji - VİDEO
Topaz Premyer Liqasının XVI turu çərçivəsində sabah keçiriləcək "İnter" - "Xəzər Lənkəran" matçı qonaq komandanın kapitan Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, ağ-yaşıl formada ən çox oyun keçirmiş futbolçu Cənub təmsilçisinin heyətində 250-ci rəsmi matçına çıxacaq.

"Xəzər Lənkəran" TV sizi Rahidin bu günə qədər gəldiyi yola birlikdə nəzər salmağa dəvət edir. Əmirquliyevin debüt oyunu, ilk qolu, ilk çempionat qolu və karyerasından digər maraqlı məqamlarla aşağıdakı çarxda tanış ola bilərsiniz.