Prandelli: Ən çətin rəqib Kosta-Rikadır
07.12.2013 - 12:26
“Bizim qrupda dünya çempionatının qalibi olmuş 3 komanda var. Ancaq buna görə narahat deyilik. Mətbuat sənin qrupunun zəif olduğunu yazdığı vaxt narahat olmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.
Mundialın püşkünü dəyərləndirən təcrübəli mütəxəssis ən çətin rəqiblərinin Kosta-Rika yığması olduğunu söyləyib: “Mən oynayacağımız şərtlərə üçün narahatam. Rəqibin kimliyindən asılı olmayaraq, hava şəraiti ilə bağlı sıxıntılar olacaq. Konfederasiyalar Kubokunda çıxış etdiyimiz üçün oradakı vəziyyət barədə təsəvvürümüz var. Ən çətin rəqibimizin Kosta-Rika olduğunu düşünürəm. Çünki onlar haqda az məlumatımız var”.
Qeyd edəkki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında D qrupunda yer alan İtaliya millisi İngiltərə, Uruqvay və Kosta-Rika yığmalarına qarşı mübarizə aparacaq.

0
0