Türkiyə klubu azərbaycanlı futbolçulara “elçi düşdü”
07.12.2013 - 13:28
Futbol üzrə Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Şanlıurfaspor” klubunu azərbaycanlı futbolçuların xidmətində maraqlıdır. Apasport.az saytının məlumatına görə, klubun idman direktoru Murat Daldık həmyerlilərimizi iş başında görmək üçün Azərbaycana gəlib.
Klub rəsmisi bu gün əvəzedici heyətlərin çempionatına “İnter” – “Xəzər Lənkəran” görüşünü, sabah isə Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Bakı” matçını canlı izləyəcək.
Qeyd edək ki, Murat Daldık bizim üçün tanış simadır. Daha öncə menecer kimi fəaliyyət göstərən klub rəsmisi 2004-cü ildə millimizin üzvü Mahir Şükürovun “Antalyaspor”a keçidində rol oynayıb.

0
0