“Qarabağ” “Neftçi”ni 3 qolla 3-cü pilləyə göndərdi
08.12.2013 - 19:49
“Qarabağ” “Neftçi”ni 3 qolla 3-cü pilləyə göndərdi
Bu gün Topaz Premyer Liqasında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur liderlər qrupunda dəyişikliklərə səbəb olub.

Günün açılış matçı Qəbələdə baş tutub. “Simurq”u Daniel Subotiçin dublu ilə məğlub edən “Qəbələ” bir neçə saatlıq zirvəyə yüksəlib. Tur ərəfəsində 3-cü olan Yuri Syominin yetirmələri günü 2-ci yerdə başa vurub. Bu qarşılaşmada (2:1) qonaqların təsəlli qolu avtoqol sayəsində gerçəkləşib. Amit Quluzadə öz qapısına qol vurub.

Uzun müddətdir çempionatda qələbəyə həsrət qalan 2 kollektiv – AZAL və “Rəvan” arasında paytaxt derbisində də meydan sahibləri eyni hesabla qalib gəlib. Tarixinin 300-cü yubiley matçına çıxan “təyyarəçilər” son dəqiqələrdə Şəhriyar Rəhimovun vurduğu 2 qolla əzmkar qələbəyə sevinib. Bununla da AZAL 10 oyunluq qələbəsizliyə son qoyub. “Rəvan” isə analoji seriyasını 11-ə çatdırıb.

Öz meydanında “bakı”ya 1:2 hesabı ilə yenilən “Sumqayıt” isə artıq 13 matdır qələbə nə olduğunu bilmir. Qəbələdə olduğu kimi, burada da qeydə alınan 2:1 hesablı nəticə 1 komandanın qolları ilə gerçəkləşib. “Bakı”nın üzvü Mario Alvares öz qapısına qol vurub. Bunadək isə ispaniyalı futbolçu rəqib qapısına da yol tapmışdı.

Günün yeganə heç-heçəsi “Şəfa”da qeydə alınıb. Son turlarda uğurlu çıxış edən “İnter” Mustafa Dənizlinin rƏhbərliyi altında ilk çempionat matçına çıxan “Xəzər Lənkəran”la bərabərə qalıb – 0:0.

Tura liderlərin matçı ilə yekun vurulub. Öz meydanında “Neftçi”ni məğlub edən “Qarabağ” bakılıları taxtdan salıb. 3:1 hesablı qələbə ağdamlıları 1-ci pilləyə daşıyıbsa, bakılılar 3-cü yerə enib. Liderin dəyişməsində Reynaldo Silvanın rolu böyük olub. Dubla imza atan braziliyalı penalti qazanmaqla matçın taleyini həll edib.

Topaz Premyer Liqası
XVI tur, 8 dekabr ( bazar)


“Qarabağ” – “Neftçi” - 3:1
QOLLAR: Reynaldo Silva, 6; 57;Marinaldo da Silva, 74 (pen) - Karlos Kardozo, 56
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu
I dövrədəki oyun – 0:0
“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Corc Leroy, 55. Bədavi Hüseynov, 70. Marinaldo da Silva
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov. 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural İsgəndərov, 99. Nikolas Gelaşvili
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev. 9. Flavio Aleks Valensio. 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov,
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Baş məşqçi: Nazim Süleymanov

“Qəbələ” – “Simurq” - 2:1
QOLLAR: Daniel Subotiç, 52; 90+3 - Amid Quluzadə, 65 (öz qapısına)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev
Qəbələ şəhər stadionu
I dövrədəki oyun – 0:0
“Qəbələ”: 27. David Pietrzkeviç, 6. Volodimir Levin (k), 8. Nizami Hacıyev, 10. Luis Hilario, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amid Quluzadə, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 22. Assis Rodriqes,
Baş məşqçi: Yuri Syomin
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Olivyera, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo
Baş məşqçi: Georgi Çixradze

AZAL – “Rəvan” - 2:1
QOLLAR: Şəhriyar Rəhimov, 90; 90+3 - Hüseyn Axundov, 50
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov
“AZAL Arena” stadionu
I dövrədəki oyun – 0:0
AZAL: 1. Ruslan Məcidov, 2. Juan Fransisko, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 22. Ruslan Tağızadə. 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 3. Aleksandr Şemonayev, 6. Natiq Kərimi, 21. Rey Məmmədbəyli, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev, 30. Yuri Fomenko
Baş məşqçi: Vaqif Sadıqov
“Rəvan”: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 40. Mişel Balokoq
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 23. Kristian Torres, 89. Vüsal Qarayev
Baş məşqçi: Şahin Diniyev

“İnter” – “Xəzər Lənkəran” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
“Şəfa” stadionu
I dövrədəki oyun – 1:0
“İnter”: 1. Giorgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov. 14. İlqar Ələkbərov. 20. Brüs Abdulaye, 33. Matija Spiçiç, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov
Baş məşqçi: Kaxaber Sxadadze
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 21. Radomir Todorov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Edu Oriol, 11. Zohair Benouahi, 12. Junior Nildo. 17. Kazım Kazımlı, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov
Baş məşqçi: Mustafa Dənizli

“Sumqayıt” – “Bakı” - 1:2
QOLLAR: Mario Alvares, 5; Mindauqas Kalonas, 50 (pen) - Mario Alvares, 64 (öz qapısına)
QIRMIZI VƏRƏQƏ: Ruslan Qurbanov, 90
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
I dövrədəki oyun – 0:1
“Sumqayıt”: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 25. Fərid Kərimzadə, 27. Nurlan Novruzov, 92. Bəxtiyar Həsənalızadə,
Baş məşqçi: Aqil Məmmədov
“Bakı”: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonzalez, 11. Rauf Əliyev (k), 12. Araujo Santos, 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov. 23. Lukas Mario Horvat, 30. Vüqar Bəybalayev
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deividas Çesnauskis, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 15. Alberto Noquera, 22. Namiq Ələsgərov, 34. Şəhriyar Əliyev
Baş məşqçi: Milinko Pantiç


komandaoqhmtx
1
Qarabağ
16
9
6
1
28-9
33
2
Qəbələ
16
10
2
4
24-14
32
3
Neftçi
16
9
4
3
24-16
31
4
İnter
16
7
3
6
25-19
24
5
Bakı
16
7
3
6
27-18
24
6
AZAL
16
5
6
5
15-19
21
7
Simurq16
4
7
5
13-14
19
8
Xəzər L
16
3
7
6
11-21
16
9
Rəvan
16
1
6
9
9-28
9
10
Sumqayıt
16
1
4
11
8-26
7

Bombardir: Vaqif Cavadov (İnter) - 8 qol