Del Boske: Bizə Hollandiyanın düşəcəyini bilirdim
07.12.2013 - 14:51
Del Boske: Bizə Hollandiyanın düşəcəyini bilirdim
“Püşkatmadan öncə demişdim ki, bizə Hollandiya düşəcək, elə də oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske söyləyib.

Dünən baş tutan DÇ-2014-ün püşkatma mərasimindən sonra fikirlərini bölüşən 62 yaşlı mütəxəssis bunları deyib: “Hollandiya millisi bir qədər dəyişib. Bu, əsasən orta xətta aiddir. Hərçənd, Robben, Van Persi, Van dert Vaart və Sneyder hələdə komandadadır”.

Qeyd edək ki, mundialın sonuncu qalibi olan İspaniya yığması Avstraliya, Çili və Hollandiya milliləri ilə birlikdə B qrupunda yer alıb.