“Qarabağ” “Neftçi”ni gözləyir
07.12.2013 - 15:01
“Qarabağ” “Neftçi”ni gözləyir
Topaz Premyer Liqasının XVI turunda “Neftçi”ni qəbul edəcək “Qarabağ” duelə hazırdır. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”la 54-cü derbi öncəsi komandada ciddi itki yoxdur.

Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü bazar günü keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 18:00-da başlayacaq.