“Bu komandanın ilk səbətdə yer alması təsadüfi deyildi”
07.12.2013 - 16:24
“Belçika çox yaxşı oynayır. Bu komandanın ilk səbətdə yer alması təsadüfi deyildi. Onlarla bir neçə il oynadığımızdan bəri çox dəyişiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin deyib.
Rusiya millisinin sabiq çalışdırıcısı olan Syomin həmyerliləri ilə söhbətində DÇ-2014-ün püşkatmasını dəyərləndirib. Təcrübəli mütəxəssis güclü rəqiblərə qarşı oynayacaqlarını ifadə edib: “Belçika mobil, gənc, turnirdə sürpriz etməyən komandadır. Koreyalılar həmişə fiziki cəhətdən hazırlıqlı olurlar, cəld və aqressivdirlər. Bunu yaxınlarda baş tutan yoldaşlıq matçı da göstərdi. Əlcəzairin səviyyəsi haqda danışmaq çətindir. Bizim afrikalılarla oyun təcrübəmiz var, ötən yay Kot d`İuvarla qarşılaşmışıq. Ancaq Əlcəzair nə Kot d`İuvardı, nə də Nigeriya”.
Qeyd edək ki, Rusiya millisi Belçika, Cənubi Koreya və Əlcəzair yığmaları ilə birgə H qrupunda yer alıb.

0
0