Ruslan Abışov Belçikada oynaya bilər
08.12.2013 - 13:19
Ruslan Abışov Belçikada oynaya bilər
Rusiya Premyer Liqasında XIX turun görüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Ruslan Abışovun formasını geyindiyi "Rubin" klubu Moskvada "Lokomotiv"lə qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan oyunda müdafiəçimiz meydana çıxmayıb.

Buna baxmayaraq, Abışov komandasının növbəti görüşündə meydana çıxa bilər. Belə ki, Kazan təmsilçisi dekabrın 14-də Belçikada “Zulte Varagem”lə qarşılaşacaq. Böyük ehtimalla, baş məşqçi Kurban Berdıyev bu qarşılaşmada millimizin üzvünə də şans verəcək.

Həmin oyundan sonra birbaşa Bakıya qayıdacaq Ruslan yanvarın 6-da komandasının Antalyada start götürəcək təlim-məşq toplanışına yollanacaq.

Xatırladaq ki, "Rubin" Rusiya çempionatında topladığı 24 xalla 10-cu pillədədir.