Vaqif Sadıqov: “Rəvan”da kifayət qədər problem var
08.12.2013 - 18:41
Vaqif Sadıqov: “Rəvan”da kifayət qədər problem var
“Bu cür oyunlar istənilən çempionatın bəzəyi ola bilər”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
“Təyyarəçilər” Topaz Premyer Liqasının XVI turunda autsayder “Rəvan”la qarşılaşdı. Son dəqiqələrdə vurduqları qollarla qələbə qazanan AZAL-ın çalışdırıcısı deyib ki, qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirmiş: “Rəvan” başqa komandadır, oyunun əvvəlkilərdən daha çətin olacağını bilirdik. Komanda sona kimi oynadı, istədiyimiz qolları son dəqiqələrdə vurduq. Hər iki komandanın kifayət qədər problemləri var, qış fasiləsində bunun üzərində işləmək lazımdır. Komandada heç kimi fərqləndirmək istəmirəm” (pfl.az)