“Bəxt bu gün bizim tərəfimizdə idi”
08.12.2013 - 21:11
“Bəxt bu gün bizim tərəfimizdə idi”
“Bugünkü oyunda qələbə qazandıq, lakin meydançanın vəziyyəti yaxşı deyildi”. Apasport.az saytının məlumatına görə, bu söaləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer liqasının XVI turunun “Sumqayıt”la səfər oyunu haqda fikirlərini açıqlayıb: “Bu cür hava şəraitində də oynamaq çətindir. Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana bilmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə ilə təbrik edirəm. Heyətimizə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər”.

Qeyd edək ki, “Bakı” səfər matçında 2:1 hesabı ilə qalib gəlib.