“Komandanın oyunundan razıyam”
08.12.2013 - 21:15
“Komandanın oyunundan razıyam”
“Maraqlı oyun getdi. Hiss olunurdu ki, komandam uduzmaq istəmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XVI turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb. Çempionatın autsayderinin məşqçisi 1:2 hesablı məğlubiyyətdən sonra da yetirmələrindən razı qalıb: “Qələbəyə oynayırdıq. Hava şəraiti də oyuna təsir etdi. Nəticədən razı deyiləm, amma komandanın oyunundan razıyam”.