Saşa Yunisoğlu biabırçılıqla üzləşdi
09.12.2013 - 09:21
Türkiyə çempionatının I liqasında XV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə çıxış edən Azərbaycanın 5 futbolçusunun şərəfini qoruduğu komandalar da növbəti matçlarına çıxıb.
Millimizin sabiq legioneri Branimir Subaşiçin start heyətində yer aldığı “Orduspor” səfərdə “Samsunspor”un qonağı olub. Serbiyalımızın 77 dəqiqə meydanda olduğu qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəlib. 10-cu qələbəsini qazanan Ordu təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edən 3 komandadan biridir. Əlavə göstəricilərə görə Branimirin komandası 3-cüdür.
Saşa Yunisoğlunun formasını geydiyi “Dənzilispor” öz meydanında biabırçılıqla üzləşib. Onun komandası Davud Kəriminin heyətində yer aldığı “Fəthiyyəspor”a məğlub olub – 1:5. Saşa 90 dəqiqə meydanda olubsa. Davuda yenə “18-lik”də yer tapılmayıb. Bu qələbədən sonra Kəriminin komandası xal hesabını 9-a çatdıraraq sonuncu pilləni tərk edib. Hazırda onlar 19 komanda arasında 17-ci, Dənizli təmsilçisi isə 18 xalla 12-cidir.
Usim Nduka və Andrey Popoviçin şərəfini qoruduğu “Tavşanlı Linyitspor” “Adana Dəmirspor”a 0:3 hesabı ilə uduzub. Popoviçin “18-liy”ə düşmədiyi matçda Usim ehtiyatda qalıb. Hesabında 9 xal olan Tavşanlı təmsilçisi 18-ci pillədə qərarlaşıb.

0
0