Elnur Abdullayev: Bu, Dənizlinin qərarı idi
09.12.2013 - 10:19
Topaz Premyer Liqasının XVI turu çərçivəsində “İnter”lə qolsuz heç-heçə edən “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi.
- Çətin səfər matçından 1 xalla ayrıldınız. Halbuki, qələbə qazanmaq şansınız da var idi...
- Düzdü, görüşə yaxşı başladı. Qarşılaşma üstünlüyümüz şəraitində keçdi. Fikrimcə, biz futbolçular baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bildik. Maraqlı oyun alındı, sadəcə, bir qol çatmadı. Yəni, vura bilmədik. Görünür, qismət deyilmiş.
- İlk hissə ilə müqayisədə ikinci 45 dəqiqədə daha fəal idiniz. Yeni baş məşqçiniz Mustafa Dənizli fasilədə sizə hansı tapşırıqları verdi ki, oyunun axarını dəyişə bildiniz?
- Baş məşqçi fasilədə taktikanı dəyişdi. Daha çox hücum etməyə başladıq. Bu, Dənizlinin qərarı idi və bizim də işimiz verilən tapşırığa əməl etmək idi.
- Dənizli qış fasiləsinədək qalan 3 oyundan 9 xal toplamağı düşünürdü. Amma heç-heçədən sonra bunun mümkün olmayacağı aydınlaşdı...
- Səfərdə “İnter” kimi komanda ilə heç-heçə etmək pis nəticə deyil. Lakin gələcəkdə daha yaxşı nəticələr qazanacağımızı düşünürəm.
- Matçı izləyənlərin böyük əksəriyyəti komandanın oyun planında dirçəliş olduğunu qeyd etdilər. Bu amil gələcəyə ümidlə baxmağa əsas verirmi?
- Bu gün baxımlı futbol oynadıq. Əvvəllər bəzən baxımlı oyun sərgiləməsək də, qələbə qazanırdıq. Bu dəfə fərqli oldu. Ancaq komandanın oyunu ümid verir. Qarşıdakı turlarda daha diqqətli olmalıyıq.
- Liderlərlə xal fərqi turdan-tura artır. Bu, sizi narahat etmir?
- Çalışacağıq fərqi azaldaq. Ümidimiz kuboku qazanmaqdır.
- Qş fasiləsinə qədər 2 oyun qaldı. Maksimum nəticə qazanmaq mümkün olacaqmı?
- Buna məcburuq. Çünki xal fərqinin artmasına imkan verməməliyik.
- Belə çıxır ki, əsas gücünüzü ölkə kubokuna yönəldəcəksiniz?
- İndidən bunu tam demək olmaz. Çünki fasilədən sonra daha iki dövrə var. Maksimum xallar toplasaq, hər şey lehimizə dəyişə bilər. Futbolda əvvəlcədən nəyisə proqnozlaşdırmaq olmur.

0
0