Mahir Şükürov: Mən elə açıqlama verməmişəm - MÜSAHİBƏ
09.12.2013 - 10:33
Mahir Şükürov: Mən elə açıqlama verməmişəm - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Mahir Şükürov Topaz Premyer Liqasının XVI turunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz...
- Ciddi hazırlaşmışdıq. Rəqib “Qarabağ” idi. Bu gün onlar taktiki cəhətdən bizdən güclü oynadılar. Ona görə də qələbə qazandılar.

- “Qarabağ” güclü oynayıb qələbə qazandı?
- İkinci hissədə biz daha yaxşı oynadıq. Sadəcə, səhvlərimizdən qollar buraxdıq. Ardınca qapımıza penalti təyin edildi. Bundan sonra oyunu dəyişmək çətin idi.

- Penalti düzgün qərar idi?
- Vallah nə deyim? Mən həmin vaxt aralıda idim. 2 futbolçunun arasında olan hərəkəti görə bilmədiyim üçün qəti bir söz deyə bilmərəm.

- Rəşad Sadıqovla mübahisəniz bir qədər gözlənilməz oldu...
- Orda mübahisə etmirdik. Bu, mübahisə deyildi, sadəcə söhbət edirdik.

- Mətbuatda yanacağın qiymətinin qalxması haqqında son açıqlamanız geniş müzakirəyə səbəb oldu...
- Birincisi, mən elə açıqlama verməmişəm. İkincisi də ki, mənə bu haqda zəng vurub soruşan olmayıb.

Səbuhi TOFİQOĞLU