Saşa Yunisoğlunun qiyməti: Bir!
09.12.2013 - 11:07
Saşa Yunisoğlunun qiyməti: Bir!
Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun komandası “Dənizlispor”un ötən tura qədər autsayder olan “Fəthiyəspor”a evində 1:5 məğlub olması futbolçumuzun aldığı qiymətə də təsir edib. Apasport.az saytının məlumatına görə, ikinci yarıdan sonra 5 top buraxan müdafiə xətti etibarsızlıqda suçlanır.

“Dənizlispor”un 9 futbolçusunın çıxışı 1 ulduzla qiymətləndirilib. Bunların arasında 90 dəqiqə meydanda olmuş Saşa Yunisoğlu da var.

Qeyd edək ki, “Fəthiyəspor”un qapıçısı Davud Kərimi bu matçda “18-lik”də olmayıb.