“Bilirsiniz “Qarabağ” və “Neftçi” niyə öndədi?” - MÜSAHİBƏ
09.12.2013 - 11:22
“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt”ı məğlub etdi (2:1). Matçın favoriti olsanız da, 3 xalı çətinliklə əldə etdiniz...
- Həqiqətən ciddi problemlərlə üzləşdik. Rəqib turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, layiqli futbol nümayiş etdirdi. Hava şəraiti çox pis idi. Külək imkan vermirdi. İkinci yarıda həm “Sumqayıt”a, həm də küləyə qarşı oynamalı olduq. Hər şeyə rəğmən, qələbə qazandıq. Əsas olan budur. Bu qələbəyə çox ehtiyacımız vardı.
- Fasilədən sonra demək olar ki, normal bir hücum qura bilmədiniz. Müdafiədən oynamaq baş məşqçinin tapşırığı idi?
- Xeyr. Özünüz də gördünüz ki, güclü külək topu irəli aparmağımıza imkan vermirdi. Qapıçımız topu qapı xətindən oyuna daxil edən zaman heç meydanın mərkəzinə gəlib çatmırdı, yan xətdən çıxırdı. Belə havada nəsə etmək çətin məsələdir. Digər tərəfdən, “Sumqayıt”ın da oyununu qeyd etmək istərdim. Məğlubiyyətdən qaçmaq üçün əllərindən gələni etdilər.
- Penalti epizodu barəsində nə deyə bilərsiniz? Rəqib futbolçu həqiqətən sizə qarşı kobud oynayıb, qaydanı pozmuşdu?
- Görüntülərə baxmaq lazımdır, əminliklə nəsə deməyə çətinlik çəkirəm. Dəqiq onu söyləyə bilərəm ki, özümü bilərəkdən yerə atmadım. Rəqib futbolçunun müdaxiləsindən sonra yerdə qaldım. “Sumqayıt”ın oyunçusu sürüşmə fəndi işlətdi və mən yıxıldım. Elə alındı ki, onun topa toxunub-toxunmadığını görmədim. Baş hakimin haqqına girmək istəmirəm.
- Referi Rauf Cabbarov penalti nöqtəsini göstərəndən sonra rəqib futbolçu ilə dialoqunuz oldu. Sizə bilərəkdən yıxıldığınızı söyləyirdi?
- Məndən soruşdu ki, penalti vardı ya yox. Dedim ki, sənin topa toxunub-toxunmadığını görmədim. Baş hakim penalti verməsəydi, etiraz etməzdim.
- “İnter”də çıxış etdiyiniz vaxt Valentin Xodukin sizi sol cinahda oynadırdı. İndi Milinko Pantiç də bu mövqedə güvənir. Ancaq “Qarabağ”da Qurban Qurbanov sizdən pleymeyker kimi yararlanırdı. Bu nə ilə bağlıdır, əcnəbi məşqçilər potensialınıza yaxşı bələd deyil?
- Qurban müəllim məni çoxdan tanıyır, daha yaxşı bələddir. Ancaq Pantiç də bəzi matçarda məni pleymeyker kimi oynadıb. Cinahda oynamaqda problem görmürəm. Hər məşqçinin futbola öz baxışı, öz taktikası var. Baş məşqçimin bu mövqedə faydalı olacağımı düşünürsə, mənə düşən onun etimadını doğrultmaq üçün əlimdən gələni etməkdir.
- “Sumqayıt”a çətinliklə qalib gəlməyiniz öz yerində, “Bakı” güclü rəqiblərlə görüşlərdə sıxıntı çəkir. Bu nə ilə bağlıdır?
- Bizi qınayırlar, amma həqiqətən zamana ehtiyacımız var. Sxemdə, taktikada hər şey düz ola bilər. Ancaq komanda kimi hərəkət etmək üçün vaxt lazımdı. Bilirsiniz “Neftçi” və “Qarabağ” niyə öndədir? Çünki futbolçular xeyli vaxtı bir yerdə oynayır. Qurban müəllim artıq neçə ildir ordadır. Nazim Süleymanov da yerli məşqçi olduğu üçün “Neftçi”yə yaxşı bələddir. Komandada yeni olsa da, futbolçuları çoxdan tanıyır.
Məşqçi dəyişiklikləri “Bakı”nın stabilliyinə xələl yetirib. Ancaq bu templə davam etsək, yaxşı olacaq.

0
0