Millimizin futbolçusu II Bundesliqada - FOTO
09.12.2013 - 12:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tuğrul Erat Almaniyanın II Bundesliqasında çıxış etmək imkanı qazanıb. Apapsort.az saytının məlumatına görə, Düsseldorf “Fortuna”sının Regionalliqada çıxış edən əvəzedici heyətində oynayan futbolçu əsas komandaya cəlb olunub.
Buna klubda baş verən islahatlar səbəb olub. Belə ki, uğursuz çıxışlar üzündən əsas komandanın baş məşqçisi Mayk Büskensin vəzifələri müvəqqəti Oliver Rekə tapşırılıb. “Verder” və “Şalke”dəki çıxışları ilə tanınan Almaniya yığmasının sabiq qapıçısı əsas komandada ciddi dəyişikliklər edib. Hətta komandanın kapitanından da imtina edən Rek Eratı əsas komandaya cəlb edib.
Bu gün “Kayzerslautern”lə səfərdə baş tutacaq matçda debüt etmək şansı olan futbolçumuz üçün də baş verənlər gözlənilməz olub: “Əsas komandaya cəlb olunduğumu cəmi 2 gün əvvəl bilmişəm. Bu, möhtəşəm hisslərdir”.
Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsində U-21-in heyətində 4 oyuna 3 qol vurub.

0
0