“Qarabağ”dan ənənəvi marşrut
09.12.2013 - 13:23
“Qarabağ”dan ənənəvi marşrut
Topaz Premyer Liqasının lideri “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ənənəvi marşrut üzrə hərəkət edəcək.

Yanvarın 7-də Türkiyənin Antalya şəhərinə yollanacaq “Qarabağ” “İC Santai” otelində məskunlaşacaq. 19 gün qardaş ölkədə qalmağı planlaşdıran əyalət klubu bu müddətdə 4 yoxlama matçı keçirəcək. Rəqiblərin kimliyinə yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki, təlim-məşq toplanışı dönəmində yeni oyunçuların baxışa dəvət ediləcəyi gözlənilir.