“Neftçi” üçün sabiqlər
09.12.2013 - 13:30
“Neftçi” üçün sabiqlər
“Neftçi”nin Topaz Premyer Liqasındakı penaltilərsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, mövsümün ilk 15 matçında heç bir hakimin cəzalandırmadığı paytaxt təmsilçisinin də qapısına penalti təyin edən tapılıb.

Belə ki, XVI turun “Qarabağ”la səfər oyununda bakılıların Reynaldoya görə kobudluğu sabiq FİFA referisi Vüsal Əliyev tərəfindən layiqli cəzasını alıb. Bununla da “Neftçi” uzun fasilədən sonra belə cəza alıb.

Maraqlıdır ki, “Neftçi”ni sonuncu dəfə də sabiq FİFA hakimi cəzalandırmışdı. Bu hadisə ötən mövsümün XXXI turuna təsadüf etmişdi. “Qəbələ” iə səfər oyununda Fariz Yusifov 11 metrlik nöqtəni göstərmişdi. Lakin həmin görüşdə Lorival Assis dəqiq oynaya bilməmişdi. Bu dəfə isə Cumbinyo “Neftçi”ni cəzalandıra bilib.

Mayın 14-dəki həmin matçdan sonra 16 çempionat oyununda hakimlərin cəzalandıra bilmədiyi paytaxt təmsilçisi 208 gündən sonra cəzalanıb.

“Neftçiyə penaltidən qol vuran sonuncu komanda isə elə “Qarabağ” idi. Bu il mayın 4-də elə həmin Fazri Yusifovun təyin etdiyi zərbəni Riçard Almeyda qola çevirmişdi. Bu qarşılaşma ötən mövsümün XXIX turunda keçirilmişdi.