“İnter” “Kasımpaşa” ilə yoxlama oyunu keçirə bilər
09.12.2013 - 14:03
“İnter” “Kasımpaşa” ilə yoxlama oyunu keçirə bilər
Yanvarın 5-dən 25-dək Türkiyədə təlim-məşq toplanışı keçəcək “İnter”in rəqiblərindən birinə qismən aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” Superliqa təmsilçisi “Kasımpaşa” ilə yoxlama oyunu keçirə bilər.

Qarşılaşmanın tarixi də bəllidir. Oyun yanvarın 18-də baş tutacaq. Superliqada hazırda II pillədə olan “Kasımpaşa”nın “İnter”lə yoxlama oyunu keçirməyə razı olmasının səbəbi isə hər 2 komandanı gürcü məşqçilərin çalışdırmasıdır. Belə ki, Ankara təmsilçisinin baş məşqçisi Şota Arveladze Kaxaber Sxadadze ilə yaxın tanışlardır.

Qeyd edək ki, Bələkdəki “Titanic” otelində qalacaq “İnter” bundan başqa, daha 4 yoxlama oyunu keçirməyi planlaşdırır.