“Necati burada yaxşı pul alır, “Xəzər Lənkəran”a getməz” - FOTO
09.12.2013 - 15:00
“Necati Atəş Azərbaycana getməz”. Bu sözləri apasport.az saytına açıqlamasına “Xəzər Lənkəran”ın sabiq futbolçusu Gökhan Güləç deyib.
Qardaş ölkə mətbuatında Türkiyə millisinin sabiq üzvləri - Necati Atəşlə İbrahim Toramanın “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı iddialar yer alıb. Cənub təmsilçisinin yeni baş məşqçisi Mustafa Dənizlinin müvafiq olaraq, Superliqada mübarizə aparan “Əskişəhərspor” və “Beşiktaş”ın formasını geyinən tanınmış futbolçuları sərəncamında görmək istədiyi bildirilir.
Lakin ötən mövsüm “ağ-yaşıllar”ın formasını geyinən türkiyəli forvard hesab edir ki, həmyerlilərinin “Xəzər Lənkəran”a gəlməyə müsbət yanaşacaqları real görünmür: “Necati burada da yaxşı pul alır. Onu razı salmaq üçün gərək çox böyük məbləğ təklif olunsun. İbrahim isə “Beşiktaş” kimi bir klubun üzvüdür. Bu amil özü özlüyündə çox şey deyir. Onların Azərbaycana gəlmək istəyəcəklərinə inanmıram. Toramanla bağlı dəqiq bir söz deyə bilmərəm. Bəlkə də, onu transfer etmək olar”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da əməkdaşımızla söhbətində Necati Atəşlə İbrahim Toramanın onların transfer planlarına daxil olmadıqlarını söyləyib.

0
0